Cümə axşamı, 02 May

İradə İbrahimovadan həyat yoldaşı haqda etiraf: "Pis deyil..."

image

Türkiyədə yaşayan müğənni İradə İbrahimova şəxsi həyatından danışıb.

Aftafa.tv xəbər verir ki, İradə İbrahimova İnstaqramda bu sözləri yazıb:

"Qəlbim qırılanda əsəbimin verdiyi ağrını vücudum hiss edir. Heç kim mənimlə bərabər bu ağrını hiss edib yaşamır. Yoruluram, amma üzərimə düşən işlərimi həll edirəm. Hər gün tezdən oyanıram, uşaqlarımı, həyat yoldaşımı yola salıram. Görüləcək bütün işlərimi görürəm. Cansıxıcı bir hadisə yaşasam belə gülümsəməyə çalışıram. Yəni heç bir anadan, həyat yoldaşından, övladdan pis deyiləm.

Çox şükür, həyat yoldaşım ehtiyacımız olan hər şeyi ala biləcək qədər qazanır və heç kimə möhtac deyilik. Bacara bildiyi qədər bizimlə maraqlanır, diqqət və sevgisini əsirgəmir. Hər şeyin mükəmməlinə deyil, bizə bəs edəcək qədərinə sahibik. Yəni həyat yoldaşım pis ər deyil.

Bəzən uşaqlarımla çətin anlar yaşayıram, tərbiyə verərkən necə davranacağımı, o an nə deyəcəyimi bilmədiyim anlar da olur. Onlar böyüdükcə daha da çətin olacağını bilirəm".

Qeyd edək ki, İradə İbrahimova türkiyəli iş adamı Ceyhun İzərlə evlidir. Cütlüyün iki övladı var.

Aftafa.tv

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15